“Barselona”nın və İspaniya yığmasının sabiq çalışdırıcısı Luis Enrike Braziliya millisinin baş məşqçisi postuna əsas namizəddir.
Lent.az bildirir ki, bu barədə “Sport.es” yazır.
Onun təyinatı ilə bağlı seçim Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriqes üçün prioritetdir.
Luis Enrikenin rəhbərliyi altında İspaniya millisi dünya çempionatın 1/8 finalında Mərakeş yığmasına uduzub (0:0, penaltilərdə - 0:3). Bundan sonra o, istefa verib.
Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatının 1/4 finalında Xorvatiyaya 1:1 hesabı ilə (penaltilərdə 2:4) uduzduqdan sonra postunu tərk edib.
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, "Roma"nın baş məşqçisi Joze Mourinyo və "Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik etməkdən imtina ediblər.