Braziliya millisinin baş məşqçisi Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqdan sonra istefa verdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, o bu barədə bunları deyib:
“Məğlubiyyət ağrılıdır, amma mən sakitəm. Bu, mənim milli komandadakı dönəmimin sonudur”.
Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2018-ci il mundialında Belçikaya, 2022-ci ildə Xorvatiyaya uduzub. Hər iki halda komanda yalnız 1/4 finaladək irəliləyə bilib. Braziliya millisi onun rəhbərliyi altında yalnız Amerika Kubokunu (2019) qazanıb.