Boks üzrə dünya çempionu dopinqlə  yaxalandı
21 noyabr 2025 17:55 (UTC +04:00)

Boks üzrə dünya çempionu dopinqlə yaxalandı

0

Puerto-rikolu WBC yarımorta çəki dərəcəsində çempionu Subriel Matiasın dopinq testi müsbət nəticələnib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, VADA (Könüllü antidopinq assosiasiyası) idmançının orqanizmində qadağan olunmuş “ostarin” maddəsi aşkar edib.

Matiasın ilk titul müdafiəsinə bir aydan az vaxt qaldığı bildirilir. Onun dekabrın 10-da Nyu-Yorkda Dalton Smitlə qarşılaşması planlaşdırılır, lakin döyüşün baş tutub-tutmayacağı hələ də məlum deyil.

Subrielin noyabr ayının sonuna qədər B nümunəsi tələb etmək hüququ olduğu bildirilir.

Qeyd edək ki, Matias bu ilin iyul ayında Alberto Puellonu hakimlərin qərarı ilə məğlub edərək dünya titulunu qazanıb. 

Öz növbəsində, Puelo, VBC Matiası kəmərdən məhrum etmək qərarına gəlsə, Smitə qarşı döyüşdə titulu geri ala bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar