Futbolçuların transfer qiyməti artdıqca Avropa klubları müqavilələrə yeni bəndlər əlavə edirlər.
Apasport.az saytının məlumatına görə, məqsəd oyunçularının ucuz qiymətə başqa komandaya keçidinə mane olmaqdır.
Bu mənada “Real” və “Barselona” xüsusi seçilir. Əzəli rəqiblər yeni transfer etdikləri və ya sözləşməsini uzatdıqları futbolçuların anlaşmasına 1 milyard avroluq sərbəst qalma məbləği yazırlar. Məqsəd isə onların gedişinin qarşısını almaqdır.
İspaniya La Liqasında digər klublar da yavaş-yavaş bu metoddan yararlanmağa başlayıblar. Hazırda dünya futbolunda transfer qiyməti rəsmi sənədə görə 1 milyard avro olan 6 futbolçunun hamısı məhz La Liqada çıxış edir. Həmin oyunçular bunlardır:
Karim Benzema (“Real”)
Serxio Kanales (“Betis”)
Federiko Valverde (“Real”)
Ansu Fati (“Barselona”)
Pedri (“Barselona”)
Ferran Torres (“Barselona”)