“Mançester Yunayted”in futbolçusu Skott Maktominay karyerasını Almaniyada davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, yarımmüdafiəçi “Bavariya”nın maraq dairəsindədir.
Münhen təmsilçisi Skottu icarəyə götürməyi planlaşdırır. Onun keçidini baş məşqçi Tomas Tuxel istəyir.
“Bavariya” 26 yaşlı futbolçunun əvəzinə Rayan Qravenberxi mançesterlilərə verməyə razıdır. O da icarə əsasında İngiltərə klubuna qoşulacaq.
Qeyd edək ki, Maktominay cari mövsümdə 2 oyun keçirib.