Braziliya yığmasının sabiq futbolçusu, PSJ, “Barselona” və “Milan” klublarının formasını geyinmiş Ronaldinyo dünən - martın 21-də 40 yaşını tamamlayıb.
Lent.az-ın məlumatına görə, “sambaçı” budəfəki ad gününü həbsxanada qeyd etməli olub.
Ronaldinyo bir müddət öncə saxta pasportla tutulduğu üçün Paraqvayda həbs olunub. O və qardaşı barədə 6 aylıq azadlıqdan məhrumetmə cəzası verilib.
Doğum günü münasibətilə həbsxanada Ronaldinyoya barbekyu hazırlanıb.