Sevgilisinə görə polisə düşdü - Neymarın anası
08 iyun 2020 09:46 (UTC +04:00)

Sevgilisinə görə polisə düşdü - Neymarın anası


Braziliya millisinin və PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalveslə keçmiş sevgilisi Tyaqo Ramos arasında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ulduzun anası kiberidmançı ilə ayrıldıqdan sonra cütlük arasında yenidən mübahisə yaşanıb.

“4k Easy” klubunun heyətində “Free Fire” mobil qurğular üçün kral döyüşlərində iştirak edən Tyaqo hadisədən bir qədər sonra qolunda kəsiklərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun qoluna 12 tikiş qoyublar. Daha sonra cütlük ifadə vermək üçün polis bölməsinə çağırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Nadinlə Tyaqo sevgili olduqlarını bəyan etsələr də, çox keçmədən Tyaqonun əvvəllər bir neçə kişi ilə görüşdüyünü aşkar edən Neymarın anası onu malikanəsindən qovub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4132
avatar

Oxşar yazılar