Amerikanın “Cherry Creek” və “Legend Blue” uşaq komandaları arasında keçirilən oyunda üç hakim əlbəyaxa olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, oyun Koloradoda baş tutub. Hadisə ötən rübdə baş verib. Hakimlər birbaşa basketbol meydançasında dalaşıblar. Münaqişənin səbəbkarı onların ən kiçiyi olub.
Onları dördüncü hakim və arenanın heyəti ayırıb. Maraqlıdır ki, hər üç hakim qaradərilidir.
Oyundan sonra insidentin bütün iştirakçıları matçlara xidmətdən kənarlaşdırılıb. Hakimlərdən heç birinin ciddi xəsarət almadığı qeyd edilir.