2024-cü il Olimpiadasının  unikal medalları   təqdim olundu
09 fevral 2024 17:17 (UTC +04:00)

2024-cü il Olimpiadasının unikal medalları təqdim olundu

Beynəlxalq Olimpiya Komitəsi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının medallarını təqdim edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, hər bir mükafata Fransa paytaxtının simvollarından biri olan Eyfel qülləsinin orijinal metal konstruksiyasından bir parça daxil ediləcək.  

Medallar altıbucaqlı formada olacaq.

2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

# 1422
avatar

Oxşar yazılar