Klub prezidentinin təyyarəsi futbolçunun sərəncamında
08 aprel 2011 15:32 (UTC +04:00)

Klub prezidentinin təyyarəsi futbolçunun sərəncamında

Lent.az-ın məlumatına görə, Almaniya “Verder”indən alınan 27 yaşlı hücumçu Portuqaliya millisinin oynadığı qarşılaşmalara klubunun ayırdığı özəl təyyarə ilə gedib-qayıdır. Üstəlik, “Fiyapı İnönü” stadionunda keçirilən hər matçdan sonra onu evinə sürücünün idarə etdiyi ayrıca mikroavtobus aparır. Bütün bunlar üçün Almeyda menecerləri Jorje Mendeslə Ahmet Buluta minnətdar olmalıdır. Menecerlər qış transfer dövründə futbolçunun İspaniya və İngiltərə klublarından da təklif aldığını iddia edərək, onun “Beşiktaş”a keçidini çətinləşdirmək üçün müqaviləyə ilk baxışdan reallaşdırılması çətin görünən belə bir bəndin əlavə olunmasını istəyiblər. Onlar bunu Almeydanın yığmanın oyunlarına gediş-gəlişinin çətinləşəcəyi ilə əlaqələndiriblər. Lakin “qartallar”ın prezidenti Yıldırım Dəmirörən dərhal “Almeyda istəsin, özəl təyyarə sərəncamında olacaq” deyərək, razılıq verib. Portuqalıyalı forvard isə üstünlüyü onun transferi naminə bu qədər fədakarlıq edən “Beşiktaş”a verib.


Həmin təyyarənin markası “Hawker 900 XP”, dəyəri isə 12 – 15 milyon dollar aralığındadır. Hava nəqliyyatı İstanbuldan Portuqaliyanın paytaxtı Lissabona uçuşu və qayıdışı 14 min avroya başa gəlir. Təyyarənin çoxlu sayda xüsusiyyəti də var. Onun saxlanma xərci təqribən 200 min dollardır, 2 pilotu, 1 stüardessası var, 11 nəfərlikdir, 500 hava mili sürət yığa, fasiləsiz 2800 mil və 6 saat uça, qısa və uzun mənzillərə istifadə oluna bilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar