"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.
Klub rəsmisi testin cavabının müsbət çıxdığını vurğulayıb: "Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdır, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.