Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir - 26 İLİN SİRRİ
16 fevral 2023 12:05 (UTC +04:00)

Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir - 26 İLİN SİRRİ

Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir.

Lent.az akademikin qətlinin təşkilatçısı olan Tariyel Ramazan oğlu Ramazanov haqqında bəzi məlumatlar əldə edib.

Məlumata görə, T. Ramazanov hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin, ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır.

Əldə etdiyimiz məlumata görə, T. Ramazanov hazırda İranda gizlənir və molla rejimi

26 ildir onu himayə edir. Onun himayə edilməsi və Azərbaycana təhvil verilməsinin qarşısının alınması İranın ali dini liderinin birbaşa göstərişi ilə həyata keçirilib. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları 26 ildir T.Ramazanovun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.

Qeyd edək ki, 5 gün sonra Z.Bünyadovun qətlə yetirilməsinin 26 ili tamam olacaq. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib.

Ziya Bünyadov qətlə yetiriləndə 75 yaşı var idi.

# 4947
avatar

Oxşar yazılar

“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27