Zəngilanda dövlət sərhədini pozan  erməni diversantlara   cəza istənildi
06 iyul 2023 18:34 (UTC +04:00)

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara cəza istənildi

0

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər hökm elan etmək üçün müşavirəyə yollanıb.

Hökm sabah elan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2360

Oxşar yazılar