Zaqatalada şəhid ailəsinin  traktoru yandı
27 may 2024 17:25 (UTC +04:00)

Zaqatalada şəhid ailəsinin traktoru yandı

Zaqatalada traktor yanıb.

Lent.az xəbər verir ki, bu gün rayonun Danaçı kəndində sahədə ot biçən aqreqat qoşulan traktorla ot biçən zaman traktorda anidən yağın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində traktor yanaraq yararsız hala düşüb.

Qeyd edək ki, yanan traktor Vətən Müharibəsi şəhidi Elxan Ramazanovun ailəsinə məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6141
avatar

Oxşar yazılar