Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı YENİ XƏBƏR
08 aprel 2025 14:23 (UTC +04:00)

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı YENİ XƏBƏR

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir". 

Lent.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib. 

O, qeyd edib ki, Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir:

"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10160

Oxşar yazılar