Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapıldı
11 fevral 2025 09:47 (UTC +04:00)

Zaqatalada itkin düşən hindistanlı turistin qalıqları tapıldı

Fevralın 9-da Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayıdna Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala rayon prokurorluğuna təqdim olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Zaqatala dağlarında itkin düşən hindistanlı turisti tapana mükafat verilməsi, onun axtarışlarının aparılması, ailə üzvlərinin münasibəti və s. gedişatlar barədə silsilə məqalələr vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11979

Oxşar yazılar