İtən turistin atası DANIŞDI:  "Biz onun hələ də sağ tapılacağına ümid edirik" - YENİLƏNİB
05 iyul 2022 16:53 (UTC +04:00)

İtən turistin atası DANIŞDI: "Biz onun hələ də sağ tapılacağına ümid edirik" - YENİLƏNİB

Zaqatalada itkin düşən hindistanlı turistin atası oğlu haqqında yazılanlara münasibət bildirib.

Turistin atası Purna Chandra Rao Kondaveeti Lent.az-a açıqlamasında bildirib ki, oğlunun bundan əvvəl itkin düşməsi barədə yazılanlar doğru deyil: “Zaqatalaya gələndən dərhal sonra verdiyimiz müsahibədən savayı biz heç bir jurnalistlə danışmamışıq. Həmin vaxt da ona görə mətbuata danışdıq ki, daha çox insanın axtarışa qoşulması üçün Mani haqqında məlumatın yayılmasının faydalı olacağını düşünürdük. Mani heç vaxt Hindistanda və ya başqa yerdə itkin düşməyib, bir neçə ölkəni gəzib və demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb”.

Atası oğlunun eynəyinin qiymətinin 10 min dollara olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mətbuat yazır ki, guya oğlumun eynəyinin qiyməti 10 min dollar olub. Bu yalandır. Eynəyin qiyməti 100 manatdan da ucuzdur”.  

Purna Chandra Rao Kondaveeti itkin düşən oğlunun sağ-salamat tapılacağına ümid etdiklərini də sözlərinə əlavə edib: “Ailə üzvləri hələ də onun sağ-salamat tapılacağına ümid edirlər”.

***

saat 12:03

Zaqatalada yoxa çıxan hindistanlı turistlə bağlı maraqlı fakt ortaya çıxıb.

Lent.az xəbər verir ki, turistin ailəsindən verilən məlumata görə, Manikath Kondaveeti 4-5 il əvvəl də Hindistanda itkin düşübmüş. O zaman Manikath Kondaveeti 2 aydan sonra tapılıb.

Ailəsi bundan əvvəl də belə bir halın baş verdiyi üçün onun ölümünə inanmır və sağ-salamat tapılacağına ümid edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

O itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəlib. Onlar hələ də rayondadırlar. 

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

53 gün keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13421

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15