Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, hadisə martın 11-i saat 14 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Abşeron rayon sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini geriyə idarə edərkən Şamaxı rayon sakini Cabir Nuriyevi vurub. Nəticədə C.Nuriyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.