Polisə tabe olmayan yük avtomobili sürücüsü həbs edildi - FOTO
08 avqust 2022 19:55 (UTC +04:00)

Polisə tabe olmayan yük avtomobili sürücüsü həbs edildi - FOTO

Avqustun 6-da Ağstafa rayon sakini Mikayılov İsmayıl Eldar oğlu idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozaraq və polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sürücü YPX əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində müvafiq sənədləşmə aparılaraq aidiyyəti üzrə Məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Mikayılov inzibati qaydada həbs edilib.

# 1953
avatar

Oxşar yazılar