Rusiyanın Xanti-Mansiski vilayətində 11 yaşlı qız çoxmərtəbəli binanın pəncərəsindən yıxılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nefteyuqansk şəhərinin 14-cü mikrorayonunda baş verib. Məktəbli qız çoxmərtəbəli binalardan birinin yeddinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Hadisənin hansı şəraitdə baş verdiyi göstərilmir.
Uşaq sağ qalıb, lakin ağır yaralanıb. Dərhal hadisə yerinə gələn təcili tibbi yardım briqadası tibbi yardım göstərib və zərərçəkmişi xəstəxanaya çatdırıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.