Zaqatalada meyitləri tapılan şəxslər 3 ay əvvəl ailə qurubmuş - <span style="color:red;">YENİLƏNİB
19 mart 2014 16:35 (UTC +04:00)

Zaqatalada meyitləri tapılan şəxslər 3 ay əvvəl ailə qurubmuş - YENİLƏNİB

Onların iki gün əvvəl öldüyü ehtimal olunur

 

Zaqatalada mənzildən meyiti tapılan şəxslərin adları açıqlanıb.

 

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində rayonun Azərbaycan küçəsi yeni tikilən evdə qeydə alınıb. Həmin ünvanda meyitləri tapılan şəxslərin, rayon sakinləri - 1970-ci il təvəllüdlü Akif Abdusalam oğlu Davudov və onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nigar Heydər qızı İbrahimova olması müəyyənləşib. Onların iki gün əvvəl öldüyü ehtimal olunur.

 

Meyitlərdən biri vanna, digəri isə yataq otağında aşkar edilib.

 

Ər-arvadın ölüm səbəbləri hələlik açıqlanmır.

 

Polisdən həmçinin bildirilib ki, onlar 3 ay əvvəl ailə həyatı qurublarmış.

 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

 

 

***

15.57

Zaqatala rayonunda mənzildən iki meyit tapılıb.


 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 15.00 radələrində Zaqatala şəhərində mənzillərdən birində iki nəfər ölmüş vəziyyətdə aşkarlanıb. Onların  şəxsiyyəti hələlik məlum deyil.

 

Hadisə yerinə Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları gəlib.

 

Hazırda hadisə yeri müayinə edildiyi üçün əlavə açıqlama verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8569
avatar

Oxşar yazılar