Müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğlu Nazim Həsənovun yeni vəzifəyə təyin edilməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirilib.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, N.Həsənovun Suraxanı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatlar yanlışdır.
Polisdən həmçinin bildirilib ki, N.Həsənov Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bəzi KİV-də N.Həsənovun Suraxanı Rayon Polis İdarəsinin rəis müavini təyin edilməsi ilə bağlı məlumatlar yayılıb.