Zakir Həsənov hərbçiləri mükafatlandırıb
09 may 2018 16:45 (UTC +04:00)

Zakir Həsənov hərbçiləri mükafatlandırıb

0

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri hərbçilərimizinbeynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

 

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 587

Oxşar yazılar