Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Lent.az musavat.com-a istinadən xəbər verir ki, onda kəskin daxili qanaxma başlayıb.
Yaxınları deyib ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmir və hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.
Qeyd edək ki, Z.Müqabil oğlu serrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.