Yüksək sürətin dəhşətli nəticələri
20 dekabr 2013 12:21 (UTC +04:00)

Yüksək sürətin dəhşətli nəticələri

Lent.az son günlər Bakı şəhərində Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan yol qəzalarının videogörüntülərini təqdim edir.

 

Birinci yol qəzası hər iki sürücünün səhlənkarlığı ucbatından baş verir. Minik maşını soldan hərəkət edən yük maşını gözləmir. Yük maşınının sürücüsü isə vaxtında vəziyyəti qiymətləndirib avtomobilin sürətini azaltmır və ya sağa sürüb qəzadan yayına bilmir. Digər yol qəzasını isə “07” törədir ki, onun da əməlində avtoxuliqanlıq hərəkətləri açıq-aydın görünür. Avtomobil təhlükəli manevrlər edir və sürücü idaretməni itirərək əvvəlcə səkiyə, sonra isə “Mersedes”ə çırpılır. “Mersedes” də avtobusa dəyir.

Növbəti yol qəzasında avtobus sürücüsünü günahlandırmaq ədalətli olmazdı. Çünki qara rəngli minik avtomobili avtobusun yaxınlaşdığını görə-görə onun yoluna çıxır və qəza baş verir.

 

Digər yol qəzası isə “Mersdes” markalı minik maşınının sürücüsünün kobud qayda pozuntusuna yol verməsi səbəbindən baş verir.

Daha bir yol qəzası isə yol ayrıcının düzgün keçilməməsi üzündən baş verir. Belə ki, ağ rəngli “VAZ-2104” markalı avtomaşın sağdan hərəkət edən “CİP”ə yol verməli olduğu halda, hərəkəti davam etdirir. Nəticə isə göz qabağındadır.

 

Daha bir yol qəzası sürət həddinin aşılması ucbatından baş verir ki, qırmızı rəngli minik avtomobili həm ara məsafəsini gözləmir, həm də sürət rejiminə nəzarət edə bilmir. Nəticədə, həmin maşın ağ rəngli “CİP”ə, o isə qarşıdakı avtomobilə çırpılır.

Sonuncu yol qəzasının günahı isə “Mersedes”dədir. Həmin avtomaşının sürücüsü dairədəki maşınların hərəkətini başa çatdırmasını gözləməli olduğu halda, hərəkəti davam etdirir və nəticədə “07”  ilə toqquşur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2479

Oxşar yazılar