Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün Neftçilər prospektində qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Yusif Ələsgərovun idarə etdiyi 10 SU 025 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə xidmətdə olan, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis serjantı, 1969-cu il təvəllüdlü Asif Qiyas oğlu Mirzəliyevi vurub.
A. Mirzəliyev kəllə beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hadisəni törədən Y. Ələsgərov şübhəli şəxs qismində tutulub.