Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah satan şəxs yaxalanıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd “AKSU” markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin silah və sursatı Q.Bədəlova vermiş Tərtər rayon sakini İsa Hüseynov da tutulub. Araşdırmalar davam etdirilir.