Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən yaradılmış 12, 7 millimetr çaplı “Mübariz” snayper tüfənginin yaxın günlərdə silahlanmaya qəbulu gözlənilir.
APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, silah üzərində təkmilləşmələr yekunlaşıb.
Qeyd edək ki, silaha Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun adı verilib. «Mübariz» «İstiqlal» antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.