Sank-Peterburq polisi aralarında 7 yaşlı uşağın da olduğu cinayətkar dəstənin üzvlərini axtarır. Onlar təqaüdçülərə fiziki zor tətbiq edərək, pullarını mənimsəməkdə təqsirli bilinirlər. Bir neçə təqaüdçünün bu və ya digər formada fiziki, psixoloji, maddi və mənəvi təzyiqə məruz qalması şəhər polisini bu işlə ciddi məşğul olmağa vadar edib. Onların bir cinayət əməli müşahidə kameralarına düşüb. Bütün polis məntəqələrinə bu şəxslərin şəkilləri paylanılıb. Görüntudə əvvəl uşağın qocalara yaxınlaşdığı , gözü arxada qaldığı görünür.
APA TV-nin xəbərinə görə, uşağın etdiyi işarədən sonra dəstənin digər üzvləri bir-bir yaxınlaşırlar. Qocaları döyüb istədiklərini alandan sonra isə hadisə yerindən qaçırlar.
Bu görüntüləri də Sank Peterburq polisi yayıb. 2 yaşlı qadın dəhlizə daxil olur. Sonra isə bu hadisələr baş verir.