Bakı şəhəri, Yasamal rayonunda komunal tipli ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və digər vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.