Yasamal bazarında yanğın olub  - YENİLƏNİB
14 dekabr 2013 10:26 (UTC +04:00)

Yasamal bazarında yanğın olub - YENİLƏNİB

 Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın olub. APA-nın məlumatına görə, bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub.  Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb.

 

Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

# 1292
avatar

Oxşar yazılar