YUKOS Neft Şirkətinin sabiq prezidenti Mixail Xodorkovski həbsdən azad olunarkən, ona xarici pasport hazırlanmasını xahiş edib. Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyindən “İnterfaks”a bildirilib.
Mənbə deyib ki, Xodorkovskinin xahişi təmin olunub. O, koloniyadan azadlığa çıxdıqdan sonra anasının müalicə aldığı Almaniyaya uçub.
Qeyd edək ki, Mixail Xodorkovski Rusiya prezidenti Vladimir Putinə yazdığı məktuba əsasən, əfv olunub.