Xızıda daha 71 ədəd partlamamış hərbi sursat tapıldı
26 oktyabr 2017 22:52 (UTC +04:00)

Xızıda daha 71 ədəd partlamamış hərbi sursat tapıldı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

 

ANAMA-dan Lent.az-a daxil olan məlumata əsasən, oktyabrın 26-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 71 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 053 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 064 650 kv.m (106.47 ha) ərazi yoxlanılıb.

 

Ümumiyyətlə, 54 gün  13 413 ədəd partlamamış hərbi sursat (PHS), 5 662 ədəd partlamış-yanmış sursat qalıqları və 50 358 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 53 900 258 kv.m (5 390 ha) ərazi yoxlanılıb.

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar