Qazaxıstanın Manqistausk vilayətinin Aktau şəhərində sisternlərlə neft yanıb. Lent. az-ın yerli fövqəladə hallar departamentinə istinadən məlumatına görə, yanan sisternlərin sayı 14 - dür.
Yanğın Bayandı və Daulet qəsəbələri arasında dəmir yolunun keçdiyi ərazidə baş verib. Alovun qarşısını almaq hələ də mümkün olmayıb. Yanğının səbəbləri aydınlaşdırılır. Hadisə vaxtı ərazidə nəqliyyat vasitəsinin olduğu bildirilir.
İlkin məlumatlara əsasən, insident dəmir yolu keçidində KAMAZ markalı avtomobillə teplovozun toqquşması nəticəsində baş verib. Qatarın maşinisti və onun köməkçisi xəsarət alıb. Maşinist köməkçisi xəstəxanada keçinib. Maşinistin taleyi isə məlum deyil. Onun elə hadisə yerində öldüyü güman edilir. Avtomobilin sürücüsünü tapmaq mümkün olmayıb. İlkin məlumatlara əsasən, o, hadisə yerindən qaçıb.
Qeyd edək ki, Aktau şəhəri Xəzər dənizinin şərq sahilində yerləşir.