Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 2 mərtəbəli 6 otaqlı evdə yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, evin mətbəxinin tavanı və dam örtüyü 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb