Xaçmaz rayonunda yaşayış evi yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü və yanar konstruksiyaları 30 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.