Xaçmaz rayonu, Krasnı Xutor kəndində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tüstü bacasının ətrafı 20 m2 və tavan hissəsi 10 m2 sahədə yanıb.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıt şəhərində vətəndaşa məxsus torpaq sahəsində ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikilinin yanar konstruksiyaları da yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.