Xaçmazda kanaldan meyit tapılıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şimal” dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib.