Xaçmazda bıçaqlanma
09 dekabr 2016 03:59 (UTC +04:00)

Xaçmazda bıçaqlanma

0

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.  APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yaşayan 35 yaşlı Novruzov Nahid Vidadi  oğlu bıçaqlanıb. 4 bıçaq zərbəsi alan yaralı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 908

Oxşar yazılar