Xaçmazda bədbəxt hadisə: 2 yaşlı körpə yanaraq ölüb
25 yanvar 2014 10:26 (UTC +04:00)

Xaçmazda bədbəxt hadisə: 2 yaşlı körpə yanaraq ölüb

Ötən gecə Xaçmazda bədbəxt hadisə baş verib.


 

APA-nın şimal bürosunun xəbərində görə, rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlu qaynar su ilə dolu qazana düşüb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan bildiriblər ki, 2 yaşlı körpəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Lakin körpə yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046
avatar

Oxşar yazılar