Xaçmazda 52 yaşlı kişi bıçaqlanıb
20 mart 2014 02:06 (UTC +04:00)

Xaçmazda 52 yaşlı kişi bıçaqlanıb

Martın 19-u axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb.

 

Xaçmaz rayonu, Yataqoba kənd sakini 1962-ci il təvəllüdlü Əli Piriyev müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz rayon Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının göbəkdən aşağı sağ tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilib.

 

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi məlum deyil.  Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar