Xaçmaz sakini ehtiyatsızlıqdan öz ayağına atəş açıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yanvarın 3-də Xaçmaz rayonunun Gülalan kəndində baş verib. Kənddə yaşayan Mənsur Camalov həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Xaçmaz RPŞ əməkdaşları tərəfindən ondan müvafiq sənədləri olan "İJ-16" markalı tüfəng götürülüb.