Vitse-spiker Tailand nümayəndə heyətini qəbul edib
04 dekabr 2013 19:07 (UTC +04:00)

Vitse-spiker Tailand nümayəndə heyətini qəbul edib

Dekabrın 4-də Milli Məclisin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

 

Lent.az-ın Milli Məclisin saytına istinadən xəbərinə görə, Valeh Ələsgərov bildirib ki, Azərbaycan qısa müddətdə bütün sahələrdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib.

 

Artıq sərmayə yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilən Azərbaycan son on ildə iqtisadiyyatın artım tempinə görə dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir.

 

Azərbaycan-Tailand münasibətlərindən danışan vitse-spiker ölkələr arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Vitse-spiker deyib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 500 milyon dollara yaxın olub.

Milli Məclis sədrinin müavini iki ölkə arasında bütün sahələrdə mövcud əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu  qeyd edib. Dağlıq Qarabağ münaqişəsinə toxunun Valeh Ələsgərov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü qonaqların nəzərinə çatdırıb.

 

Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, ölkəmizdə olduğu iki günlük səfər boyu Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib.

 

Deputat deyib ki, Tailand Azərbaycan neft və qazının əhəmiyyətli istehlakçılarındandır. Tailandın neft və qaz kimi təbii sərvətləri olmasa da, ərzaq və kənd təsərrüfatı məhsulları, həmçinin dərman preparatları sahəsində əməkdaşlığa hazırdır.

V.Pünsən əlavə edib ki, Tailand Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar