Azərbaycanda vergi ödəyicilərini yoxlayan vəzifəli şəxslərlə bağlı qaydalar sərtləşdirilir. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinin 38.3.9 maddəsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, vergi yoxlamasının nəticəsi ilə razılaşmayan vergi ödəyiciləri yazılı şəkildə müraciət edərək növbədənkənar səyyar vergi yoxlaması tələb etdikdə əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxslər bu yoxlamanı apara bilməyəcəklər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.