Ukraynada Azərbaycan diasporunun rəhbərinin maşınını yandırdılar
05 dekabr 2013 15:13 (UTC +04:00)

Ukraynada Azərbaycan diasporunun rəhbərinin maşınını yandırdılar

Dekabrın 4-də axşam saatlarında naməlum şəxs və ya şəxslər Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun avtomobilinə od vurub. Lent.az-ın məlumatına görə, yanğını vaxtında söndürməklə partlayışın qarşısını almaq mümkün olub. Yanğın söndürüldükdən sonra məlum olub ki, avtomobilin dam, ön və arxa hissəsinə, şüşələrinə  benzin tökülüb. Yanğın Hikmət Cavadova məxsus restoranın avtomobil dayanacağında törədilib. UABD sədri hadisənin ancaq tutduğu vəzifə ilə əlaqədar ola biləcəyini deyib:“Son illərdə diaspora daxilində çaxnaşmalar hökm sürməkdə idi.”

H.Cavadov bir il bundan əvvəl uzun sürən mübarizə nəticəsində diaspor rəhbəri vəzifəsinə seçilib və bu müddət ərzində təşkilatda çox dəyişikliklər edib. Diaspora rəhbəri şəxsi biznesi ilə bağlı heç kimlə ədavətinin olmadığını bildirib. Qeyd edək ki, Hikmət Cavadov Ukraynanın Milli Elmlər Akademiyasının “Dövlət və hüquq” institutunun elmi işçisi, hüquq elmləri namizədidir.

Fakta əsasən Ukrayna DİN-də cinayət işi açılıb, əməliyyat qrupu yaradılıb.

 

 

# 1353
avatar

Oxşar yazılar