Uçqunla bağlı sürücülərə TƏCİLİ müraciət
25 yanvar 2014 17:22 (UTC +04:00)

Uçqunla bağlı sürücülərə TƏCİLİ müraciət

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Heydər Əliyev prospektində binanın uçması ilə əlaqədar sürücülərə müraciət edib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Ağa Nemətulla küçəsi ilə kəsişmənin yaxınlığında sökülməkdə olan binanın uçması nəticəsində şəhər istiqamətində əsas və kənar yolda tıxac müşahidə olunur. Sürücülərə alternativ olaraq Babək prospekti və Təbriz küçəsindən istifadə etmələri tövsiyə olunur.

 

Qeyd edək ki, baş vermiş uçqun nəticəsində ilkin məlumata görə, 2 nəfər həlak olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3072
avatar

Oxşar yazılar