Ucarda yol qəzası: 1 ölü, 2 yaralı  - YENİLƏNİB
13 dekabr 2013 11:04 (UTC +04:00)

Ucarda yol qəzası: 1 ölü, 2 yaralı - YENİLƏNİB

Ucar rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü  Vaqif Hüseynovun İdarə etdiyi “Prado” markalı minik maşını ilə “Shaqman” markalı yük maşını toqquşub. Nəticədə “Prado”nun sürücüsü və onun 18 yaşlı oğlu Elxan Süleymanov ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində minik maşınında olan daha bir şəxsin öldüyü bildirilir. Xəstəxanadan verilən məlumata görə, dünyasını dəyişən şəxs sürücünün hələlik adı məlum olmayan həyat yoldaşı, 30-35 yaşlarında olan qadındır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

# 2183
avatar

Oxşar yazılar