Ucarda və Sumqayıtda yanğın olub
24 mart 2014 11:07 (UTC +04:00)

Ucarda və Sumqayıtda yanğın olub

Ucar rayonu, Qaraçallı kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Daha bir yanğın Sumqayıt şəhərində baş verib. Şəhərdə dördmərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin, dəhlizinin yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar