Ucarda kafedə zəhərlənmə: <span style="color:red;">3 nəfər xəstəxanalıq oldu
20 mart 2014 21:33 (UTC +04:00)

Ucarda kafedə zəhərlənmə: 3 nəfər xəstəxanalıq oldu

Ucar sakinləri kafedə zəhərlənib.

 

APA-nın yeli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında baş verib. Ucar rayonunun Gəraybəyli kənd sakini 37 yaşlı Pirqafari Azər Ələsgər oğlu, şəhərin Sadıq Qarayev küçəsi, ev 57 ünvanında yaşayan 37 yaşlı Məmmədov Cavid Sadiq oğlu və şəhərin Ş. Qurbanov küçəsində yaşayan 32 yaşlı Cəbrayılov Abbas Malik oğlu kafedə yeyib-içdikdən sonra vəziyyətləri kəskin pisləşib.

 

Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanadan verilən məlumata görə, A. Cəbrayılovun vəziyyəti nisbətən yüngül olsa da, A. Pirqafari və C. Məmmədovun durumu ağırdır.

 

Xəstəxanadan o da bildirilib ki, hər 3 zərərçəkənə zəhərlənmə diaqnozu qoyulub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar