Ucarda ağır yol qəzasında ölənin kimliyi məlum olub
25 mart 2014 21:33 (UTC +04:00)

Ucarda ağır yol qəzasında ölənin kimliyi məlum olub

0
Bu gün Ucar rayonunda baş verən yol qəzasında ölən şəxsin şəxsiyyəti məlum olub.

Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, bu Ağdam rayon sakini 59 yaşlı Cabbarova Həqiqət Şükür qızıdır. Qeyd edək ki, hadisə bu gün 14:30 radələrində Bakı – Qazax yolunun 218 - ci kilometrliyinin Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. İki  “Mercedes” və bir benzin daşıyan yük maşının toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralıların ikisinin vəziyyətinin ağır, digər üçünün vəziyyətini isə orta – ağır kimi qiymətləndirirlər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1129

Oxşar yazılar